TENDER

"AzerGold" 46 min manatlıq gül alır
16 İYUL
215

"AzerGold" 46 min manatlıq gül alır

2019-07-16 17:06:00

"AzerGold" QSC tərəfindən cəmiyyətdaxili tədbirlər ilə əlaqədar güllərin alınması üçün kotirovka sorğusunda iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.

Fins.az xəbər verir ki, kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən Şükürov Nazim Seyran oğlu qalib elan edilib. Sözügedən şəxs ilə 7 mart 2019-cu il tarixində 46 min manat məbləğində satınalma müqaviləsi bağlanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır