TENDER

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti TENDER elan edir
15 İYUL
239

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti TENDER elan edir

2019-07-15 16:07:00
  • Lot 1 1 C ERP maliyyə proqram təminatı sisteminin qurulması xidmətinin satınalınması
  • Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
  • İştirak haqqı:
  • Lot 1 :700 AZN
  • Hesab: AZ91AIIB38070019443500231102
  • VÖEN: 1700382471
  • Bank: Kapital Bank Mərkəz filialı
  • Kodu: 200026
  • M/H: AZ37NABZ01350100000000001944
  • S.W.İ.F.T: AIIBAZ2X
  1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. – İddiaçının anoloji işlərdə təcrübəsi, maliyyə, potensial texniki və kadr imkanlarına dair məlumat: • Tenderin predmeti üzrə İddiaçının ən azı 3 (üç) il iş təcrübəsinin olmasını təsdiq edən sənəd; • iddiaçı tərəfindən ən azı 3 (üç) başa çatdırılmış oxşar layihənin həyata keçirilməsi haqqında məlumat (məlumatda Sifarişçinin adı, ünvanı və əlaqə saxlamaq üçün Sifarişçinin əlaqələndirici şəxsinin adı və telefon nömrəsi göstərilməlidir); • Oxşar layihələr üzrə iş təcrübəsini təsdiq etmək üçün belə layihələrin həyata keçirildiyi ən azı 3 (üç) müəssisə və təşkilatdan tövsiyə məktubu; • 1 C proqram təminatının tətbiqi ilə bağlı təsdiqedici sənəd; • İddiaçının layihənın icrasına cəlb olunacaq işçilərinin tərcümeyi halları və texniki kvalifikasiyalarını təsdiq edən sənədlər

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 05.08.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 15.08.2019 18:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 16.08.2019 15:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

E-şərtlər toplusunu 25.06.2019 17:00 tarixindən sonra əldə edə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır