TENDER

Azərbaycan Respublikasının İpoteka Və Kredit Zəmanət Fondu TENDER elan edir
19 İYUN
264

Azərbaycan Respublikasının İpoteka Və Kredit Zəmanət Fondu TENDER elan edir

2019-06-19 12:07:00
  • Lot 1 Daşınmaz əmlak bazarında tələbin öyrənilməsinə dair ictimai sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması
  • Lot 2 Kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması
  • Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
  • İştirak haqqı:
  • Lot 1 :100 AZN
  • Lot 2 :100 AZN
  • Hesab: AZ57NABZ01360450000000005944
  • VÖEN: 9900071001
  • Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • Kodu: 501004
  • M/H: AZ74NABZ01451700000000001944
  • S.W.İ.F.T: NABZAZ2C
  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı Açıq tenderi elan edir: Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üçün daşınmaz əmlak bazarında tələbin və kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğuların keçirilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://www.mcgf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar. Açıq tender 2 (iki) Lotdan ibarətdir: - Lot 1 - Daşınmaz əmlak bazarında tələbin öyrənilməsinə dair ictimai sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması; - Lot 2 - Kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması. Satınalma üzrə prosedurlar 26 iyul 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir: - Tenderdə iştirak etmək üçün ərizə (hər Lot üzrə ayrı ərizə yazılmalıdır); - İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; - Hər lot üzrə ayrıca tender təklifi; - Hər lot üzrə ayrıca təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti); - İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri; - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilmə barədə əmr); - İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri; - İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir: - öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; - müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; - satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. Açıq tenderin Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir. Tender üzrə icra müddəti: Satınalma müqaviləsinin icra müddəti 4 (dörd) ay müəyyən edilir. Açıq tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur. Tenderdə iştirak haqqı hər lot üzrə 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra Açıq tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir: Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 VÖEN: 1403502281 H/h: AZ57NABZ01360450000000005944 Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı VÖEN: 9900071001 Kоd: 501004 M/h: AZ74NABZ01451700000000001944 S.W.I.F.T bik: NABZAZ2C İştirak haqqı heç bir halda geri qaytarılmır. Tender üzrə ilkin sənədlər 15 iyul 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 25 iyul 2019-cu il tarixinədək qəbul ediləcəkdir. Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 126), Faks: (+99412) 598-11-77. ___________________________ Satınalmalar komissiyası

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 15.07.2019 18:00 tarixinə qədər və yuxarıda göstərilən sənədləri 26.07.2019 15:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 26.07.2019 15:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

E-şərtlər toplusunu 18.06.2019 18:49 tarixindən sonra əldə edə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır