TENDER

Azərbaycan Respublikasinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarliği Agentliyi TENDER elan edir
15 MAY
188

Azərbaycan Respublikasinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarliği Agentliyi TENDER elan edir

2019-05-15 11:18:00

Azərbaycan Respublikasinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarliği Agentliyi TENDER elan edir

  • lot 1 - Verilənlər bazasının alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.Vurğun küçəsi, 135, otaq 344 (Əlaqələndirici şəxs : NAZİM QASIMZADƏ İSMAYIL OĞLU , telefon : 012 404 47 26) ünvanından ala bilərlər.

İştirak haqqı:
  • lot 1 - 300 AZN
Bank rekvizitləri:
  • Hesab: AZ06CTRE00000000000002108502
  • VÖEN: 1401555071
  • Bank: Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi
  • Kodu: 210005
  • M/H: AZ41NABZ01360100000000003944
  • S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • 10. Digər sənədlər: - iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri; - tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətlərinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; - iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı; - Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar. Şərtlər: - Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən. - Malların təchizatı və işlərin görülmə müddəti: tender üzrə satınalma müaviləsi imzalandığı gündən ən geci 30 (otuz) təqvim günü ərzində. - Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.06.2019 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 02.07.2019 15:00 qədər Bakı şəhəri, S.Vurğun küçəsi, 135, otaq 344 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 03.07.2019 14:00 tarixində Bakı şəhəri, S.Vurğun küçəsi, 135, otaq 236 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262