TENDER

"Azəriqaz" İstehsalat Birliyi TENDER elan edir
22 APREL
357

"Azəriqaz" İstehsalat Birliyi TENDER elan edir

2019-04-22 16:28:00

Şəmkir şəhəri Bakı-Qazax yolunun sağ tərəfində yerləşən “Şəmkir Aqropark” MMC-nin qazlaşdırılması (sifariş 7-87-16 (Düzəliş)) və “Kürdəmir rayonu ərazisində yerləşən "Qlobal Aqro" MMC-yə məxsus qeyri yaşayış sahəsinin qazlaşdırılması” (Sifariş: 7-16-18 (D))obyektlərində quraşdırılacaq avadanlıq və mal-materiallara olan tələbatının təmin edilməsi.

  • lot 1 - Borular
  • lot 2 - PE Borular
  • lot 3 - PE boru birləşmələri
  • lot 4 - Boru birləşmələri
  • lot 5 - Qapayıcı boru birləşmələri
  • lot 6 - Avadanlıqlar
  • lot 7 - Köməkçi materiallar

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ1025; Bakı şəhəri; Xətai rayonu; Yusif Səfərov küçəsi, 23 (Əlaqələndirici şəxs : VAQİF RƏHİMOV ZÜBEİR OĞLU , telefon : +994508429108) ünvanından ala bilərlər.

İştirak haqqı:
  • lot 1 - 118 AZN
  • lot 2 - 236 AZN
  • lot 3 - 118 AZN
  • lot 4 - 118 AZN
  • lot 5 - 236 AZN
  • lot 6 - 118 AZN
  • lot 7 - 118 AZN
Bank rekvizitləri:
  • Hesab: AZ72IBAZ38010049449955001212
  • VÖEN: 9900001881
  • Bank: "ABB"ASC-nin Sabunçu filyalı
  • Kodu: 805573
  • M/H: AZ03NABZ01350100000000002944
  • S.W.İ.F.T: İBAZAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • 10. Digər sənədlər: Təminatlar: I.İddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 1%-i miqdarında təminat tələb olunur. 2-ci və 5-ci lotlar üzrə II. Bank qarantiyalarının əsli müsabiqə zərfində müsabiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır. III. Qarantiyanı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qarantiyaları qəbul etməmək hüququnu özündə saxlayır. IV. Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir. Avans ödənişinə görə təminat: Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır. 2-ci və 5-ci lotlar üzrə Müqavilənin yerinə yetirilməsi təminatı: Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur. 2-ci və 5-ci lotlar üzrə

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06.05.2019 17:30 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13.05.2019 10:30 qədər AZ1025; Bakı şəhəri; Xətai rayonu; Yusif Səfərov küçəsi, 23 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 13.05.2019 11:00 tarixində AZ1025; Bakı şəhəri; Xətai rayonu; Yusif Səfərov küçəsi, 23 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır