TENDER

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi TENDER elan edir
08 APREL
251

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi TENDER elan edir

2019-04-08 10:53:00

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tender elan edir

  • lot 1 - Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatı üçün ümumi və əmr blanklarının, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə yardımların verilməsi ilə əlaqədar forma və blankların satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Üzeyir Hacıbəyov, 80(Əlaqələndirici şəxs : RƏŞAD İSMİBƏYLİ ELŞAD OĞLU , telefon : 0124980844) ünvanından ala bilərlər.

İştirak haqqı:
  • lot 1 - 200 AZN
Bank rekvizitləri:
  • Hesab: AZ94CTRE00000000000002188301
  • VÖEN: 1401555071
  • Bank: Dövlət Xəzinədarlıq Agentliyi
  • Kodu: 210005
  • M/H: AZ41NABZ01360100000000003944
  • S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • 10. Digər sənədlər: iddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22.04.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30.04.2019 18:00 qədər Bakı şəhəri, Üzeyir Hacıbəyov, 80 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 01.05.2019 11:00 tarixində Bakı şəhəri, Üzeyir Hacıbəyov, 80 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267