TENDER

Səhiyyə Nazirliyi TENDER elan edir
14 MART
159

Səhiyyə Nazirliyi TENDER elan edir

2019-03-14 11:16:00

SƏHİYYƏ NAZİRLİYİ (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 3 lot üzrə keçirilir::

lot 1 - Şəki Şəhər Psixiatriya Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) işləri
lot 2 - Gəncə Şəhər Psixiatriya Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) işləri
lot 3 - Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı, 2-ci mərhələ) işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Mirəsədulla Mirqasımov 1A (AZ1022) (Əlaqələndirici şəxs :Əli Abbasov, telefon :(012) 565-12-41) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 400 manat 
lot 2 - 400 manat 
lot 3 - 400 manat 

Hesab: АZ81CRTE00000000000002128201
VÖEN 1400049171
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: АZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşı olduğunu və gələcəkdə davamlı olaraq mənfəətli olduğunu nümayiş etdirən son 3 ili əks etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır. - minimal dövriyyə 15 (on beş) milyon manat olmalıdır. Hesablama son 3 (üç) il ərzində cari və ya başa çatdırılmış müqavilələrə əsasən alınmış və təsdiq edilmiş ümumi ödənişlər əsasında aparılır. - səhiyyə müəssisələrinə avadanlıqların alınması, quraşdırılması və onlara texniki xidmətin göstərilməsi sahəsində minimum 5 (beş) illik iş təcrüəsinin olması vacibdir. 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-04-10 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-04-17 17:00qədər Bakı, Mirəsədulla Mirqasımov 1A (AZ1022) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-04-18 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264