TENDER

Daxili Qoşunların Baş İdarəsi TENDER elan edir
12 MART
354

Daxili Qoşunların Baş İdarəsi TENDER elan edir

2019-03-12 11:46:00

DAXİLİ QOŞUNLARIN BAŞ İDARƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 6 lot üzrə keçirilir::

lot 1 - Xüsusi kağız və mexaniki üsulla enib-qalxan hədəflər
lot 2 - Yanacaq paylayan kalonkaların müayinəsi, yanacaqdaşıyan avtomobillərin çənlərinin kalibrələnməsi və pasportlaşması işləri
lot 3 - Dəftərxana ləvazimatları
lot 4 - Yuyucu maddə
lot 5 - Xidməti atlar üçün quru ot
lot 6 - Katriclər və antivirus proqramı

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Qəzənfər Musabəyov 4 (Əlaqələndirici şəxs :E.Əliyev, telefon :(012) 569-95-10) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 10 manat 
lot 2 - 50 manat 
lot 3 - 50 manat 
lot 4 - 30 manat 
lot 5 - 50 manat 
lot 6 - 40 manat 

Hesab: AZ44CTRE 00000000000002458570
VÖEN 1500426471
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T: BIK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti; - son iki ildə malların (xidmətlərin və ya işlərin) təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat); Sənədlərin qəbulu - hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir. D3. Büdcə təsnifatının kodu – 142340 D4. Büdcə səviyyəsinin kodu – 7

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-04-19 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-04-30 12:00qədər Bakı, Qəzənfər Musabəyov 4 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-05-01 16:00 tarixində Bakı şəhəri, Q. Musabəyov küçəsi 4. ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269