TENDER

Təmir işləri, digər maşın və avadanlıqlar üzrə TENDER
11 MART
289

Təmir işləri, digər maşın və avadanlıqlar üzrə TENDER

2019-03-11 11:05:00

AMEA İŞLƏR İDARƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 13 lot üzrə keçirilir::

lot 1 - Biofizika İnstitutunun inzibati binasında təmir işləri
lot 2 - Bakı şəhəri, Mirəli Qaşqay küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının Akademiyaya məxsus qeyri-yaşayış sahəsində təmir işləri
lot 3 - AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının ərazisində yerləşən istirahət mərkəzində təmir işləri
lot 4 - Zoologiya İnstitutunun 2 mərtəbəli vivari (köməkçi) binasında təmir işləri
lot 5 - Strateji Elmi Tədqiqatlar Mərkəzinin AMEA Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən 2 mərtəbəli inzibati binasında təmir işləri
lot 6 - Strateji Elmi Tədqiqatlar Mərkəzinin AMEA Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən 1 nömrəli elmi tədqiqat laboratoriya binasında təmir işləri
lot 7 - AMEA Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən Mərkəzləşdirilmiş analitik laboratoriya binasında təmir işləri
lot 8 - AMEA-nın Əhmədli qəsəbəsində yerləşən Nəqliyyat-təsərrüfatı binasında və onun ətrafında təmir işləri
lot 9 - Mərkəzi Nəbatat Bağının Mətbuat prospektinə tərəf hasarında təmir işləri
lot 10 - AMEA-nın Polimer Materialları İnstitutunun ərazisinin hasarında təmir işləri
lot 11 - AMEA-nın Mərkəzi Elmi Kitabxanasının inzibati binasında təmir işləri
lot 12 - AMEA-nın Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən əsas binasında təmir işləri
lot 13 - Digər maşın və avadanlıqlar

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət 30 (Əlaqələndirici şəxs :N.Abbasov, telefon :(012) 492-59-76) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 30 manat 
lot 2 - 30 manat 
lot 3 - 30 manat 
lot 4 - 30 manat 
lot 5 - 30 manat 
lot 6 - 30 manat 
lot 7 - 30 manat 
lot 8 - 30 manat 
lot 9 - 30 manat 
lot 10 - 30 manat 
lot 11 - 30 manat 
lot 12 - 30 manat 
lot 13 - 100 manat 

Hesab: AZ28CTRE00000000000004138316
VÖEN 1700007431
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 10. Sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış; 11. Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat; 12. Son bir ildə yerinə yetirilmiş analoji işlərin ünvanı göstərilməklə ətraflı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-04-16 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-04-26 17:00qədər Bakı, İstiqlaliyyət 30 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-04-29 11:00 tarixində AMEA Rəyasət Heyətinin kiçik iclas zalı ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265