TENDER

Film istehsalı və reklam şirkətləri barədə 5 videoçarxın hazırlanması üzrə Tender elan edilir
14 YANVAR
441

Film istehsalı və reklam şirkətləri barədə 5 videoçarxın hazırlanması üzrə Tender elan edilir

2019-01-14 16:02:00

Şərq-Qərb İdarəetmə İnstitutu, Inc. (EWMI) film istehsalı və reklam şirkətlərini ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı barədə 5 qısa videoçarxın (bundan sonra Məhsul) hazırlanması üçün tender təkliflərini təqdim etməyə dəvət edir. 

Məhsul üçün işlərin təsviri və tender təlimatları aşağıdakı əlavələrlə birlikdə Tender Paketinə  daxil edilmişdir: 

Attachment A: Scope of Work/Əlavə A: İşin həcmi

Attachment B: Instructions to Bidders/Əlavə B: Namizədlər üçün təlimat

Attachment C: Letter of Submission/Əlavə C: Təqdimat Məktubu

Attachment D: Cost Proposal/Əlavə D: Maliyyə təklifi

Attachment E: Table of Past Experience/Əlavə E: Keçimş təcrübə barədə məlumat

Bu əlavələri buradan yükləmək və ya [email protected] ünvanına e-mail yollamaqla əldə etmək olar.

Uyğunluq tələbləri:  

Maraqlı şirkətlər tenderdə iştirak etmək üçün tender sənədləri ilə birlikdə aşağıdakı sənədləri də təqdim etməlidirlər:

  1.     Qeydiyyat sənədləri;
  2.     Bank detalları;
  3.     Azərbaycan Respublikasında vergilərə və ya digər icbari ödənişlərə dair mövcud və ya keçmiş öhdəlikləri göstərən rəsmi vergi orqanından arayış;
  4.     Vergi şəhadətnaməsi (2%, 4% və ya 18%);
  5.     Təklif olunan qiymətlərin qüvvədə olma müddəti ən azı 60 (altmış gün) olmalıdır. Zəhmət olmasa, D Əlavəsinin müvafiq bölməsində ayıdn şəkildə qeyd edin;
  6.     Namizədin son 12 ayda maliyyə vəziyyətini təsvir edən bank arayışı;
  7.     Son 3 ildə oxşar dəyər və tipdə gördüyü işlər/layihələr (Əlavə E);
  8.     Əvvəlki layihələrin benefisiarlarından 3 zəmanət məktubu (imzalanmış, möhürlü, dolğun və müsbət);
  9.     Tender üçün şirkətin heyət siyahısı 

Təklifin təqdim olunması:

Təkliflər iki nüsxədə iki möhürlənmiş zərfdə təqdim olunmalıdır. Möhürlənmiş zərflər  “Original”/”Orijinal” və “Copy”/”Surəti” ilə işarələnməli və üzərində qaytarılma ünvanı qeyd edilməlidir. Təklifə Namizədlər üçün Təlimatda (Əlavə B) tələb olunan sənədlər və imzalanmış Təqdimat məktubu (Əlavə C) daxil olmalıdır.   

Namizədlərdən Namizədlər üçün Təlimata (Əlavə B) xüsusi diqqət vermək və tələb olunan bütün sənədləri təqdim etmək tövsiyyə olunur. Bütün tələb olunan sənədlər təqdim olunmadığı halda təklif nəzərə alınmayacaq.  

Bütün təkliflər poçt və ya kuryer vasitəsilə  Cümə günü, 1 fevral, 2019, saat 16:00-dan gec olmayaraq aşağıdakı ünvana çatdırılmalıdır: 

EWMI/SEDA

Satınalmalar üzrə Menecer

28 May küçəsi, 4/1

Bakı, AZ1095

Telefon, e-mail, teleqram və ya faksla təqdim olunan təkliflər qəbul olunmayacaq. Qeyd olunan vaxtdan gec təqdim olunan təkliflər nəzərə alınmayacaq. 

Təkliflərin açılışı:

Təklif zərfləri 6 Fevral 2019-cu il tarixdə saat 11:00-da yuxarıdakı ünvanda qeyd olunan EWMI/SEDA Bakı ofisində açılacaq.  Şirkətlərin məsul nümayəndələri təklif zərflərinin açılışında iştirak edə bilərlər. 

Suallar və məlumat üçün:

Təqdimat Məktubu

Büdcə

İş həcmi

 

[email protected] ünvanına Yanvarın 16-dək e-mail göndərə bilərsiniz. SEDA bütün maraqlı namizədlərə Yanvarın 22-dək cavab verəcək.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264