TENDER

Mədəniyyət Nazirliyi tender elan edir
10 YANVAR
168

Mədəniyyət Nazirliyi tender elan edir

2019-01-10 10:23:00

MƏDƏNİYYƏT NAZİRLİYİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının və IV Avrasiya Ədəbiyyat Festivallar Festivalı "LiFFt"-in təşkili işləri


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi(Əlaqələndirici şəxs :Aslan Cəfərov, telefon :012-493-30-05) ünvanından ala bilərlər .

 

İştirak haqqı

lot 1 - 200 manat 

Hesab: AZ78CTRE00000000000002178501
VÖEN 1700015381
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZO1360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Son 3 ildə (illər üzrə) görülmüş işlər və onun ümumi dəyəri haqqında məlumat; İddiaçının son bir illik iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr, həmçinin bu məlumatları əldə etmək məqsədi ilə müraciət edilə biləcək şəxslərin adı, telefonu; beynəlxalq tədbirlərin, kitab sərgilərinin təşkili üzrə analoji iş təcrübəsi barədə məlumat; yekun müqaviləsinin yerinə yetirilməsində istifadə ediləcək əsas avadanlıqlar haqqında məlumat; yekun Müqaviləsinin yerinə yetirilməsinə əsas rəhbərlik edən və texniki işləri yerinə yetirəcək işçilərin ixtisası və təcrübələri haqqında məlumat; Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı, Məhkəmə araşdırmalarına cəlb olunub olunmaması barədə məlumat.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019/02/08 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-02-15 18:00qədər Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-02-18 11:00 tarixində Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254