TENDER

Dövlət Neft Fondundan yeni TENDER
25 DEKABR 2018
239

Dövlət Neft Fondundan yeni TENDER

2018-12-25 12:11:00

DÖVLƏT NEFT FONDU AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 12 lot üzrə keçirilir::

lot 1 - Emerson markalı kəsintisiz güc mənbələrinə (UPS) təmir və sərfiyyat materialları
lot 2 - Secalt markalı fasad təmizləmə qurğularına təmir materialları
lot 3 - Boyaq məhsulları
lot 4 - İT sistemləri üçün yeni lisenziyalar, mövcud lisenziyaların, vendor texniki xidmətinin müddətinin uzadılması xidməti
lot 5 - İnformasiya texnologiyaları avadanlıqları və ehtiyat hissələri
lot 6 - Unikal nömrəli və ştrixkodlu plomblar
lot 7 - Cisco İT avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 il müddətinə uzadılması xidməti
lot 8 - Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmət
lot 9 - İKT infrastrukturunda zəiflikləri texniki audit etmə xidməti üçün (Penetration Testing) test alətləri, lisenziyalar və texniki dəstək xidməti
lot 10 - İnformasiya təhlükəsizliyi sistemlərin (GFİ və Radware) lisenziyalarının 1 il müddətinə uzadılması xidməti
lot 11 - Təmizlik xidmətləri
lot 12 - Ərzaq malları

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Heydər Əliyev pr. 165 (AZ1029) (Əlaqələndirici şəxs :Elşad Bağırov; Ulvi Abdullayev; Nailə Məmmədli; Kəmalə Rəhimova, telefon :(012) 498-77-53) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 50 manat 
lot 3 - 50 manat 
lot 4 - 100 manat 
lot 5 - 100 manat 
lot 6 - 50 manat 
lot 7 - 100 manat 
lot 8 - 100 manat 
lot 9 - 100 manat 
lot 10 - 100 manat 
lot 11 - 100 manat 
lot 12 - 50 manat 

Hesab: AZ84NABZ01360400000000001944
VÖEN 9900041961
Bank: Mərkəzi Bank 
Kodu: 501004
VÖEN: 9900071001
M/H: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-01-31 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-02-07 18:00qədər Bakı, Heydər Əliyev pr. 165 (AZ1029) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-02-08 10:00 tarixində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254