TENDER

Texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması - TENDER
04 DEKABR
60

Texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması - TENDER

2018-12-04 12:37:00

ENERGETİKA NAZİRLİYİ (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədi ilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azəristiliktəchizat ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılması tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Heydər Əliyev pr. 152 (Çinar Plaza, mərtəbə 12, AZ1029) (Əlaqələndirici şəxs :Gülnarə Nuriyeva, telefon :(012) 598-16-53/54 (1130); (050) 450-20-85) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 1100 manat 

Hesab: AZ44CTRE00000000000002218301
VÖEN 1300087531
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005,
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 5 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-12-21 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-01-09 11:00qədər Bakı, Heydər Əliyev pr. 152 (Çinar Plaza, mərtəbə 12, AZ1029) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-01-10 15:00 tarixində Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsi ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256