TENDER

“Azərsu” auditor axtarır
28 NOYABR
146

“Azərsu” auditor axtarır

2018-11-28 15:30:00

“Azərsu” ASC Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə Sukanal və Şəki Sukanal TSC-lərin və “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin 2017-ci il üzrə maliyyə hesabatlarına dair audit xidmətlərinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs- satınalmalar üzrə mühəndis İntizam Novruzova, [email protected] az +99412 431 47 67 (2248) müraciət edə bilərlər. Kotirovka təklifləri 30 noyabr 2018-ci il saat 16.00-dan gec olmamaq şərtilə təqdim edilməlidir.

Təklif zərfləri 3 dekabr 2018-ci il saat 16.00-da eyni ünvanda açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255