TENDER

Qarabağ Meşə Meliorasiya İdarəsi ehtiyat hissələr alır -TENDER
20 NOYABR 2018
161

Qarabağ Meşə Meliorasiya İdarəsi ehtiyat hissələr alır -TENDER

2018-11-20 16:35:00

QARABAĞ MEŞƏ MELİORASİYA İDARƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 2 lot üzrə keçirilir::

lot 1 - Mexanizmlər, səyyar suvarma nasosları və nəqliyyat vasitələri üçün ehtiyat hissələri
lot 2 - Tikinti materialları, ting və sürtkü materialları

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bərdə, H.Əliyev pr. 110 (Əlaqələndirici şəxs :A.Əhmədov, telefon :(020) 205-54-09) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 50 manat 
lot 2 - 50 manat 

Hesab: AZ53CTRE00000000000002355103
VÖEN 4000189801
Bank: Kapital Bank Bərdə filialı 
Kodu: 200372
VÖEN: 4000183681
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; - iddiaçıların tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat; - işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat; - vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış; - tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-12-24 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-01-04 17:00qədər Bərdə, H.Əliyev pr. 110 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-01-07 11:00 tarixində Qarabağ Meşə Meliorasiya İdarəsində açılacaqdır. ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256