TENDER

Maliyyə Bazarlarına Nəzarət Palatası könüllü tibbi sığorta xidmətləri alır TENDER
20 NOYABR
136

Maliyyə Bazarlarına Nəzarət Palatası könüllü tibbi sığorta xidmətləri alır TENDER

2018-11-20 11:54:00

MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Əməkdaşların və onların ailə üzvlərinin könüllü tibbi sığorta xidmətləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Bülbül pr. 27 (Əlaqələndirici şəxs :Ələmqulu Quliyev, telefon :(012) 493-50-58 (346)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 500 manat 

Hesab: AZ92 HAJC NCRA ZN00 9000 7131 0001
VÖEN 1403372311
Bank: Xalq Bank Sahil filialı 
Kodu: 510675
VÖEN: 1403372311
M/H: AZ24NABZ01350100000000067944
S.W.İ.F.T: 2000296061

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı üç il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada); - sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı iki korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-12-24 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-01-04 17:00qədər Bakı, Bülbül pr. 27 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-01-07 11:00 tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255