TENDER

Təhsil Nazirliyi məktəblər üçün odun alır - TENDER
13 NOYABR
126

Təhsil Nazirliyi məktəblər üçün odun alır - TENDER

2018-11-13 09:36:00
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2019-cu il üçün odun yanacağının satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot – 1. Yanacağın (odunun) satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət ­satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərflərdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. (əlaqələndirici şəxs Şakir İmanov, telefon: 02223-6-29-20, Tərtər şəhəri, H.Əliyev prospekti 4)
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra əsas şərtlər toplusunu yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 50 manatdır.

10 saylı ərazi maliyyə hesablaşma mərkəzi
H/h: AZ63AİİB32051019444500201145
VÖEN:7200062591
“Kapital Bank”ASC-nin Tərtər filialı
Kod:200457
VÖEN:9900003611
M/ h:AZ37NABZ01350100000000001944
S.W.I.F.T./S.W.I. AIIBAZ2X

 İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (tender zərfləri açıldıqdan sonra 30 bank günü qüvvədə olmalıdır).

 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
 Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 dekabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə 24 dekabr 2018-ci il saat 17.00-dək təqdim edə bilərlər. Göstərilən vaxtdan gec təqdim olunan təkliflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 25 dekabr 2018-ci il saat 11.00-da Tərtər şəhəri, H. Əliyev prospekti 4 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255