TENDER

Qida Təhlükəsizliyi İnstitutu İKT malları alır – TENDER ELANI
12 NOYABR
136

Qida Təhlükəsizliyi İnstitutu İKT malları alır – TENDER ELANI

2018-11-12 10:02:00
Fins.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs İKT mallarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşagıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi. 
Tenderdə iştirak etmək istəyənlər 150 (bir yüz əlli) manat məbləğdə, heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvandan (əlaqələndirici şəxs-Leyla Qarayevadan, telefon: (+99412) 377 00 77 (daxili 524)) ala bilərlər: 

Təşkilat: “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs 
VÖEN: 1005379691
“Kapital Bank” ASC-nin Mərkəz filialı
VÖEN: 9900003611
H/h: AZ71AIIB 38090019440419396102
M/h: AZ37NABZ 01350100000000001944
Kod: 200026
SWIFTBIK: AIIBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, istehsalçının etibarnaməsinin forması;
-sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub-olmaması barədə arayış; 

Son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
İddiaçılar qeyd olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 dekabr 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 dekabr 2018-ci il saat 17.00-а qədər yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 24 dekabr 2018-ci il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun iclas zalında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256