TENDER

“Azərikard” sığortaçı axtarır - TENDER
07 NOYABR
110

“Azərikard” sığortaçı axtarır - TENDER

2018-11-07 09:46:00
“Azərikard” MMC sığorta xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edib.

1 lot üzrə keçirilən tender maliyyə risklərinin, İT avadanlıqlarının sığortalanması və könüllü tibbi sığorta xidmətlərinin satınalınmasını nəzərdə tutur.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirak haqqı 200 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün  sənədləri 27 noyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 dekabr 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 12 dekabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda açılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250