TENDER

Dövlət Müfəttişliyi tərcüməçi axtarır – KOTİROVKA
02 NOYABR
153

Dövlət Müfəttişliyi tərcüməçi axtarır – KOTİROVKA

2018-11-02 17:02:00
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” Publik Hüquqi Şəxs tərcümə xidmətlərinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvana (əlaqələndirici şəxs – Günay Məhərrəmovaya, telefon: (012) 598-42-19) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 7 noyabr 2018-ci il saat 15.00-dan gec olmamaq şərtilə yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Vaxtından gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 8 noyabr 2018-ci il saat 10.00-da Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254