TENDER

Gənclər və Reklam İdarəsi minik avtomobilləri alır
29 OKTYABR
111

Gənclər və Reklam İdarəsi minik avtomobilləri alır

2018-10-29 15:48:00

GƏNCƏ REGİONAL REKLAM İDARƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 2 lot üzrə keçirilir::

lot 1 - 2 (iki) ədəd sedan tipli nəqliyyat vasitələri
lot 2 - 5 (beş) ədəd minivan tipli nəqliyyat vasitələri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Gəncə, Heydər Əliyev meydanı (İnzibati bina; otaq 112) (Əlaqələndirici şəxs :Aqşin Məmmədov, telefon :(051) 625-29-45) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 200 manat 
lot 2 - 200 manat 

Hesab: AZ24AIIB38060019440343346127
VÖEN 2304077651
Bank: Kapital Bank Gəncə filialı 
Kodu: 200275
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Müqaviləni yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-29 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-12-10 17:00qədər Gəncə, Heydər Əliyev meydanı (İnzibati bina; otaq 112) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-12-11 11:00 tarixində Gəncə şəhəri, H.Əliyev meydanı, Gəncə Şəhər İcra Hakimiyyəti, İnzibati bina otaq 112 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258