TENDER

ADY tender elan edir - Texniki Nəzarət üzrə
26 OKTYABR
171

ADY tender elan edir - Texniki Nəzarət üzrə

2018-10-26 12:05:00

AZƏRBAYCAN DƏMİR YOLLARI QSC AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərin alınması ilə əlaqədar Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Dilarə Əliyeva 230 (otaq 163) (Əlaqələndirici şəxs :Seymur Qəhrəmanov, telefon :(012) 499-63-95) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 200 manat 

Hesab: AZ57IBAZ38050019449345061205
VÖEN 9900007721
Bank: Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat filialı 
Kodu: 805711
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 10. Qeyri-rezident İddiaçılar mənsub olduqları ölkələrində vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanından, qanunvericiliyə əsasən tələb olunmadıqda (bunu təsdiq etmək şərti ilə) isə müvafiq auditor tərəfindən təsdiq edilmiş arayış; 11. Qeyri-rezident İddiaçıların mənsub olduqları ölkələrində son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatının vergi orqanları tərəfindən təsdiqi qanunvericiliyə əsasən tələb olunmadıqda (bunu təsdiq etmək şərti ilə) onlar müvafiq auditor tərəfindən verilmiş rəylə birlikdə qeyd edilən dövr üçün maliyyə hesabatının surətini təqdim etməlidirlər; 12. İdarəetmə və müvafiq sahələrdə uyğunluq sertifikatları

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-28 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-12-19 18:00qədər Bakı, Dilarə Əliyeva 230 (otaq 163) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-12-20 17:00 tarixində Bakı şəhəri, D.Əliyeva, 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası otaq-163) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251