TENDER

GPS-lər, kompüter dəstləri, noutbuklar, planşetlər, printer-skanerlər və UPS-lər üçün TENDER
16 OKTYABR
226

GPS-lər, kompüter dəstləri, noutbuklar, planşetlər, printer-skanerlər və UPS-lər üçün TENDER

2018-10-16 18:30:00

KADASTR VƏ YERQURULUŞU LAYİHƏ-TƏDQİQAT MƏRKƏZİ MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 2 lot üzrə keçirilir::

lot 1 - GPS-lər
lot 2 - Kompüter dəstləri, noutbuklar, planşetlər, printer-skanerlər və UPS-lər

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Şəfaət Mehdiyev 269 (Əlaqələndirici şəxs :Təbriz İsrafilov, telefon :(012) 533-18-25) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 800 manat 
lot 2 - 800 manat 

Hesab: AZ23AİİB38030019443701778107
VÖEN 1302005671
Bank: Kapital Bank 1 saylı Xətai filialı 
Kodu: 200071
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - 5-ci bənddəki sənəd dövlət sosial müdafiə orqanından da alınmalıdıdr; - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); - Sözügedən mallara malik olduğunu və onların ölkə ərazisində satılması səlahiyyətinin olduğunu sübüt edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri; - Texniki Spesifikasiyada göstərilən mallara istehsalçı zəmanəti; - İddiaçıya məxsus lisenziya və icazələrin müvafiq qaydada təsdiq olunmuş surətləri; - Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-20 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-11-28 17:00qədər Bakı, Şəfaət Mehdiyev 269 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-11-29 15:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258