TENDER

KİVDF tender elan edir
12 OKTYABR
127

KİVDF tender elan edir

2018-10-12 11:45:00

PREZİDENT YANINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 3 lot üzrə keçirilir::

lot 1 - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili işləri
lot 2 - Tədbirlər üçün zəruri ləvazimatlar
lot 3 - Fondun fəaliyyətinin təşkili üçün inventar və avadanlıqlar


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Mətbuat pr. 529 (Beynəlxalq Mətbuat Evi) (Əlaqələndirici şəxs :Elşad Tağıyev, telefon :(012) 538-40-48; (012) 537-19-41) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 85 manat 
lot 2 - 110 manat 
lot 3 - 35 manat 

Hesab: AZ08CTRE00000000000005547601
VÖEN 1001667391
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-10-26 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-11-08 17:00qədər Bakı, Mətbuat pr. 529 (Beynəlxalq Mətbuat Evi) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-11-12 11:00 tarixində Bakı, Mətbuat pr. 529 (Beynəlxalq Mətbuat Evi) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259