TENDER

"Mənzil İnşaatı Dövlət Agentliyi" tender elan edir
09 OKTYABR
349

"Mənzil İnşaatı Dövlət Agentliyi" tender elan edir

2018-10-09 17:03:00

"Mənzil İnşaatı Dövlət Agentliyi" MMC (MİDA) Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işlərinə dair açıq tender elan edir.

“Finans.az” xəbər verir ki, bütövlükdə 5 lot üzrə o cümlədən 7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi, 7 nömrəli, 7 mərtəbəli binanın 4-cü və 5-ci seksiyalarının tikintisi işləri, 8 və 9 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 13 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri, 10 və 11 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 14nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri, 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işlərinin satınalınması nəzərdə tutlur.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Cəlil Məmmədquluzadə 85Z (Əlaqələndirici şəxs :Vəliyev Zahid Musa oğlu, telefon :(012) 436-38-35 (238)) ünvanından ala bilərlər.

Tenderdə iştirak haqqı lotdan aslı olaraq 700-900 manat təşkil edir.

 Eləcə də bax:Yeni eynək icad olundu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256