TENDER

“Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Sərəncam
14 SENTYABR
115

“Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Sərəncam

2018-09-14 14:36:00

“Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978; 2008, № 6, maddə 496; 2010, № 7, maddə 684; 2014, № 11, maddə 1497) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədən “Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin,” sözləri çıxarılsın və həmin hissədə “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.
2. 2-ci hissədə “və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin” sözləri “, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin” sözləri ilə əvəz edilsin.
 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 sentyabr 2018-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253