TENDER

İpoteka və Kredit Zəmanət Fondu auditor axtarır – TENDER
14 SENTYABR
144

İpoteka və Kredit Zəmanət Fondu auditor axtarır – TENDER

2018-09-14 12:20:00

İpoteka və Kredit Zəmanət Fondu  (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - İpoteka və Kredit Zəmanət Fondunun 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditor xidməti

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Bül-bül pr. 40 (AZ1014) (Əlaqələndirici şəxs :Təranə Nuriyeva, telefon :(012) 441-24-23 (130)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 150 manat 

Hesab: AZ57NABZ01360450000000005944
VÖEN 1403502281
Bank: Mərkəzi Bank 
Kodu: 501004
VÖEN: 9900071001
M/H: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - iddiaçının audit sahəsində peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar. İddiaçılar öz təkliflərini geniş təqdim etməli, keçirəcəyi audit yoxlamasının metodoloji yanaşması barədə məlumat verməli, audit yoxlaması üzrə iş qrafikini, o cümlədən yoxlamaya cəlb olunacaq mütəxəssislərin qısa tərcümeyi halını və iddiaçının əməkdaşı olmasını təsdiq edən sənəd (e-gov.az portalından iş yeri barədə arayış) əlavə etməlidirlər;. - Mərkəzi banklarda, kredit və iri dövlət təşkilatlarında auditin aparılması üzrə iş təcrübəsini təsdiq edən sənədlər. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir: - audit xidmətinin göstərilməsinə cəlb olunan auditorların milli (yerli) və beynəlxalq mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində peşəkar iş təcrübəsinə malik olması; - üzv olduğu audit qrupunun beynəlxalq səviyyədə tanınması və müvafiq reytinqə malik olması; - öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması; - müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; - satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-10-04 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-10-16 18:00qədər Bakı, Bül-bül pr. 40 (AZ1014) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-10-17 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253