TENDER

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC müsabiqə elan edir
08 AVQUST
145

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC müsabiqə elan edir

2018-08-08 12:02:00

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni Bakı Limanına köçmə ilə əlaqədar Quru Yük Terminalında mövcud olan Almaniya Demokratik Respublikasında “VEB Kranbau Eberswalde” zavodu tərəfindən layihələndirilmiş və quraşdırılmış РК-25 “Albatros”, РК-31 “Albatros”, РК-32 “Albatros” və РК-29 “Kondor” portal kranların sökülməsi işlərinin satınalınması ilə bağlı açıq müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 14 avqust 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 16 avqust 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 17 avqust 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253