TENDER

Dağ-mədən sənayesi üçün stasionar konveyer xəttinin quraşdırılması işləri	- TENDER
24 İYUL
94

Dağ-mədən sənayesi üçün stasionar konveyer xəttinin quraşdırılması işləri - TENDER

2018-07-24 15:02:00

AZERGOLD QSC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - Dağ-mədən sənayesi üçün stasionar konveyer xəttinin quraşdırılması işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H (Əlaqələndirici şəxs :Rafiq Abdullayev, telefon :(012) 505-02-02 (daxili 1107)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 300 manat 

Hesab: AZ85PAHA38020AZNHC0190068658
VÖEN 1403467421
Bank: Paşa Bank ASC 
Kodu: 505141
VÖEN: 1700767721
M/H: AZ82NABZ01350100000000071944
S.W.İ.F.T: PAHAAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: A) Tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır; B) Tender təklifinin təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 90 (doxsan) bank günü qüvvədə olmalıdır; C) Digər sənədlər dedikdə malgöndərənlərin (podratçıların) ixtisasına dair əsas şərtlər toplusunda müəyyən edilmiş müvafiq sənədlər nəzərdə tutulur.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-08-27 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-09-04 15:00qədər Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-09-05 15:00 tarixində Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: İctimai Televiziya və Radio Yayımları Şirkəti MÜSABİQƏ elan edir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253