TENDER

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu YENİ İLƏ HAZIRLAŞIR
17 İYUL
241

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu YENİ İLƏ HAZIRLAŞIR

2018-07-17 15:39:00

İÇƏRİŞƏHƏR DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİ İÇƏRİŞƏHƏR TARİXİ MUZEYİ (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 3 lot üzrə keçirilir:

lot 1 - İçərişəhər ərazisində yeni il dekorunun və tədbirlərinin təşkili işləri
lot 2 - 10-12 oktyabr 2018-ci il tarixlərində Beynəlxalq Muzeylər Komitəsinin Dekorativ incəsənət və dizayn kolleksiyaları və muzeylərinin beynəlxalq komitəsinin (İCDAD) və Ev muzeyləri və tarixi binaların beynəlxalq komitəsinin (DEMHİST) növbəti iclaslarının Bakıda təşkili işləri
lot 3 - Qoruq tərəfindən sifariş olunacaq 2019-cu il təqvimləri və digər yeni il hədiyyələrin dizayn işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İçəri Şəhər, Böyük Qala 13/15 (Əlaqələndirici şəxs: Tender Komissiyası, telefon: (012) 437-31-86) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 150 manat 
lot 2 - 150 manat 
lot 3 - 150 manat 

Hesab: AZ75IBAZ38060019446082049204
VÖEN 1700816651
Bank: Azərbaycan Beynəlxalq Bankı ASC Mərkəz filialı 
Kodu: 805722
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub- olmamasına dair arayış.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-08-08 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-08-16 17:00qədər Bakı şəhəri, İçəri Şəhər, Böyük Qala 13/15 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-08-17 11:00 tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyi, Bakı şəhəri, İçəri Şəhər, Böyük Qala küçəsi 13/15 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: İctimai Televiziya və Radio Yayımları Şirkəti MÜSABİQƏ elan edir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259