TENDER

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi	- TENDER
22 İYUN
402

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi - TENDER

2018-06-22 11:56:00

TƏHSİL NAZİRLİYİNİN TƏSƏRRÜFAT HESABLI ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT İDARƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 11 lot üzrə keçirilir:

lot 1 - 221100. “Dəftərxana və təsərrüfat xərcləri” xərc maddəsi üzrə malların satın alınması
lot 2 - 221200. “Mətbəə xərcləri” xərc maddəsi üzrə malların satın alınması;
lot 3 - 221310. “İdarənin xərcləri” xərc maddəsi üzrə malların satın alınması;
lot 4 - 225200.“Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” xərc maddəsi üzrə malların satın alınması;
lot 5 - 225411. “İnventarın alınması” xərc maddəsi üzrə malların satın alınması;
lot 6 - 225412. “Avadanlığın alınması” xərc maddəsi üzrə malların satın alınması;
lot 7 - 225413. “Digər alışlar və xidmətlər” xərc maddəsi üzrə malların satın alınması;
lot 8 - 281400. “İcarə və muzdlu xidmətlər” xərc maddəsi üzrə xidmətlərin satın alınması;
lot 9 - 282100. "Sair xərclər" xərc maddəsi üzrə malların satın alınması;
lot 10 - 311220. "Digər maşın və avadanlıqlar" xərc maddəsi üzrə malların satın alınması;
lot 11 - 314400. "İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər" xərc maddəsi üzrə malların satın alınması;

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi 18(Əlaqələndirici şəxs :Samir Məmmədov, telefon :012-465-73-48 (141)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 200 manat 
lot 2 - 200 manat 
lot 3 - 200 manat 
lot 4 - 200 manat 
lot 5 - 200 manat 
lot 6 - 200 manat 
lot 7 - 200 manat 
lot 8 - 200 manat 
lot 9 - 200 manat 
lot 10 - 200 manat 
lot 11 - 200 manat 

Hesab: AZ88İBAZ38030019441856517211
VÖEN 1500016711
Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı 
Kodu: 805603
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: İBAZАZ2Х

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub-olmaması barədə arayış; Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat; Son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018/07/27 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-08-06 17:00 qədər Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-08-07 15:00 tarixində Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: Mərkəzi Dəmir Yolu Xəstəxanası - TENDER

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256