TENDER

Bakıda bütün marşrut xətləri müsabiqəyə çıxarılacaq
11 İYUN
580

Bakıda bütün marşrut xətləri müsabiqəyə çıxarılacaq

2018-06-11 13:26:00

Bakıda sərnişindaşımada fəaliyyət göstərən bütün marşrut xətləri müsabiqəyə çıxarılacaq. Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, artıq bu prosesə start verilib: "Hazırda 20 və 94 saylı marşrut xətləri ilə bağlı müsabiqə davam etməkdədir. Bu marşrut xətləri təxminən 90 faiz hissədə bir-birini təkrarlayır. 20 saylı marşrut xətti metronun "8-ci kilometr" bazarından Bakı Beynəlxalq Avtovağzalına doğru hərəkət edir, 94 saylı marşrut xətti üzrə avtobuslar isə "Xalqlar dostluğu" metro stansiyasından Yeni Yasamal istiqamətində hərəkət edir. Qara Qarayev, Ziya Bünyadov prospektlərində, eyni zamanda 3-cü mikrorayon dairəsinə qədər bu marşrut avtobusları bir-birlərini təkrarlayır və nəticədə həmin avtobusların yollarda təhlükəli manevrləri müşahidə olunur. Sərnişinlərlə sürücülər arasında narazılıq yaranır. Sürücülər yol hərəkəti qaydalarını pozur, etik qaydalara riayət etmirlər. Bununla bağlı daşıyıcılara xəbərdarlıq edilsə də, müsbət tədbir görülməyib. Həmin marşrutlar üzrə ağır nəticələrə səbəb olan yol-qəza hadisələri də baş verib. Bütün bunlara son qoymaq üçün hər iki marşrut xətti müsabiqəyə çıxarıldı və müsabiqədən sonra həmin xətt üzrə bir marşrut xətti fəaliyyət göstərəcək".

M.Ağayev bildirib ki, marşrutun müsabiqə müddəti 60 gündür. (Trend)

Eləcə də bax: Bu tenderdə 50 manat ödəməklə iştirak etmək olar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273