TENDER

Beynəlxalq Muğam Mərkəzi - TENDER
06 İYUN
125

Beynəlxalq Muğam Mərkəzi - TENDER

2018-06-06 11:05:00

 BEYNəLXALQ MUğAM MəRKəZI (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 10 lot üzrə keçirilir::

lot 1 - UPS sisteminə servis xidmətləri
lot 2 - Dizel generator sisteminə servis xidmətləri
lot 3 - Keçirilən tədbir və konsertlərin reklamlarının videoçarxlarda və afişalarda Bakı şəhərində yerləşdirilməsi xidmətləri
lot 4 - Təbii və süni güllər
lot 5 - Çiller qrupunun yağının, yağ filtrinin və frion filtrinin satınalınması və dəyişdirilməsi işləri
lot 6 - Kondisioner sistemlərinin hava filtrləri
lot 7 - Binanın fasad şüşələrinin dəyişdirilməsi işləri
lot 8 - Yanğın ehtiyat qapılarının dəyişdirilməsi işləri
lot 9 - Havanəmləndiricinin buxar generatorları
lot 10 - Konsert, teleteatr üçün işıq avadanlıqlarının idarəetmə pultu (Pearl DMX)

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 (Əlaqələndirici şəxs :Asif Qədimov, telefon :(012) 497-89-72) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 20 manat 
lot 2 - 30 manat 
lot 3 - 70 manat 
lot 4 - 50 manat 
lot 5 - 50 manat 
lot 6 - 50 manat 
lot 7 - 50 manat 
lot 8 - 50 manat 
lot 9 - 100 manat 
lot 10 - 90 manat 

Hesab: AZ20CTRE00000000000004638301 Fond 7, təsnifat kodu 142340
VÖEN 1701066551
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-06-27 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-07-05 12:00qədər Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-07-06 12:00 tarixində Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov, prospekti, 30 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi daşıyıcı axtarır - MÜSABİQƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269