TENDER

Azərbaycan Beynəlxalq Bankı - TENDER
24 MAY
226

Azərbaycan Beynəlxalq Bankı - TENDER

2018-05-24 11:30:00

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti A Ç I Q   T E N D E R   E L A N   E D İ R

Tender 2 lot üzrə keçirilir.

Lot – 1. “Azərbaycan Beynəlxalq Bankı” ASC  tərəfindən mebel avadanlıqlarının satınalınması.

Lot – 2. “Azərbaycan Beynəlxalq Bankı” ASC  tərəfindən oturacaqların  satınalınması.

Tender iştirakçılarına təklif  olunur   ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı hər lot üçün   100  manatdır.

BANKIN ADI: “Azərbaycan Beynəlxalq Bankı”  ASC

VÖEN :  9900001881

KOD:  805250

SWIFT:  IBAZAZ2X

M/h:  AZ03NABZ01350100000000002944

H/h:  AZ12IBAZ34501019440000100100    AZN

H/h:  AZ33IBAZ34511018400000100100    USD

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin İbrahimovdan, telefon: 012 4930091, daxili: 2700, 2703, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (14 iyun 2018-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı  1 avqust 2018-ci il tarixədək) qüvvədə olmalıdır;

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 14 sentyabr 2018-ci il tarixədək qüvvədə olmalıdır);

- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

- iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 7 iyun 2018-ci il saat 17.00-a qədər,  tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 13 iyun 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,  67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan  zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 iyun 2018-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Eləcə də bax: Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi - TENDER

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256