TENDER

Əmlak Məsələləri Dövlət Komitəsi	- TENDER
24 MAY
202

Əmlak Məsələləri Dövlət Komitəsi - TENDER

2018-05-24 09:00:00

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir:

lot 1 - Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sisteminin yeni kadastr modulu və Ünvan Reyestri İnformasiya Sisteminin auditi işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Xətai rayonu, Y.Səfərov küçəsi 50 (Əlaqələndirici şəxs: Mehman Bayramov, telefon: (012) 490-24-08 (299)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 500 manat 

Hesab: AZ84CTRE00000000000002647970
VÖEN 2000015631
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BIK.CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-07-04 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-07-12 17:00qədər Xətai rayonu, Y.Səfərov küçəsi 50 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-07-13 11:00 tarixində Xətai rayonu, Y.Səfərov küçəsi,50 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi - TENDER

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253