TENDER

Daxili Qoşunların Baş İdarəsi	- TENDER
21 MAY
213

Daxili Qoşunların Baş İdarəsi - TENDER

2018-05-21 10:05:00

DAXİLİ QOŞUNLARIN BAŞ İDARƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir:

lot 1 - Qazanxana avadanlıqlarının, elektrik generatorlarının, su nasoslarının və elektrik tənzimləyicilərinin təmiri, yağ və filtirlərinin dəyişdirilməsi və avadanlıqlara texniki xidmətlər

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Q.Musabəyov küçəsi 4 (Əlaqələndirici şəxs :E.Əliyev, telefon :569-95-10) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 250 manat 

Hesab: AZ44CTRE00000000000002458570
VÖEN 1500426471
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BIK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 3 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - son iki ildə malların (işlərin və ya xidmətlərin) təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat); - öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat; - müvafiq mallar (işlər və ya xidmətlər) üzrə mənşə və uyğunluq sertifikatları (işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə müvafiq icazələrin olması barədə sənəd).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-06-28 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-07-09 12:00qədər Bakı şəhəri, Q.Musabəyov küçəsi 4 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-07-10 16:00 tarixində Bakı şəhəri, Q. Musabəyov küçəsi 4. ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi bir sıra satınalmalar həyata keçirəcək - KOTİROVKA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259