TENDER

Dövlət Neft Fondu - TENDER
16 MAY
171

Dövlət Neft Fondu - TENDER

2018-05-16 07:22:00

DÖVLƏT NEFT FONDU AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 16 lot üzrə keçirilir::

lot 1 - Fiziki təhlükəsizlik sistemi üzrə avadanlıqlar üçün ehtiyat hissələri
lot 2 - Təhlükəsizlik siqnalizasiyasl sistemləri üçün (Simplex,Bosch) avadanlıqlar və ehtiyat hissələri
lot 3 - Fiziki təhlükəsizlik üzrə mühəndis-texniki avadanlıqlarının ehtiyat hissələri
lot 4 - Mülki müdafiə avadanlıqları
lot 5 - Loqlar üçün saxlanc (artırılması)
lot 6 - Bakı şəhəri ərazisində yerləşən mərkəzlər üzrə fondun əməkdaşları üçün bədən tərbiyəsi və idman xidmətləri
lot 7 - Elektron sənəd dövriyyəsi üçün program təminatı
lot 8 - İnformasiya texnologiyaları avadanlıqları və ehtiyat hissələri
lot 9 - İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub, İT təhlükəsizlik sistemləri və s.) texniki xidmətlər
lot 10 - Tərcümə mərkəzləri üzrə yazılı və sinxron tərcümə xidmətləri
lot 11 - 1 ədəd BMW 740 li model avtonəqliyyat vasitəsinə texniki xidmət (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla)
lot 12 - 2 ədəd Toyota Camry və 2 ədəd Toyota Corolla model avtonəqliyyat vasitələrinə texniki xidmət (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla)
lot 13 - 1 ədəd Mazda 6 model avtonəqliyyat vasitəsinə texniki xidmət (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla)
lot 14 - 1 ədəd Volkswagen amarok model avtonəqliyyat vasitəsinə texniki xidmət (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla)
lot 15 - Bayraq dirəklərinə texniki xidmət (bayraqların kimyəvi təmizlənməsi və bərpası daxil olmaqla)
lot 16 - Trane markalı havalandırma qurğuları (Fan coil) üçün ehtiyat hissələri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti 165 (Əlaqələndirici şəxs :Lot 1-5 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 6 üzrə Səidə Ağayeva (dax.:8001), Lot 7 üzrə Çəməngül Mustafayeva (dax.: 1001), Lot 8-9 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot 10-16 üzrə Əli Rzayev (dax.: 1005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025))., telefon :(+99412) 498-77-53) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 100 manat 
lot 3 - 100 manat 
lot 4 - 100 manat 
lot 5 - 100 manat 
lot 6 - 100 manat 
lot 7 - 100 manat 
lot 8 - 100 manat 
lot 9 - 100 manat 
lot 10 - 100 manat 
lot 11 - 50 manat 
lot 12 - 50 manat 
lot 13 - 50 manat 
lot 14 - 50 manat 
lot 15 - 50 manat 
lot 16 - 50 manat 

Hesab: AZ84NABZ01360400000000001944
VÖEN 9900041961
Bank: Mərkəzi Bank 
Kodu: 501004
VÖEN: 9900071001
M/H: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: İddiaçının ixtisas göstəricilərinə dair məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-06-21 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-07-03 18:00qədər Bakı şəhəri, Heydər Əliyev prospekti 165 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-07-04 10:00 tarixində Bakı şəhəri, Heydər Əliyev prospekti 165 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276