TENDER

Əmanətlərin Sığortalanması Fondu - TENDER
05 MAY
409

Əmanətlərin Sığortalanması Fondu - TENDER

2018-05-05 10:05:00

ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Mərkəzləşdirilmiş informasiya sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulmasına dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatları

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 (AZ1025) (Əlaqələndirici şəxs :Anar Haqverdiyev, telefon :941 (daxili 3002); (+99450) 372-03-96) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 300 manat 

Hesab: AZ86 NABZ 01360450000000007944
VÖEN 1700773271
Bank: Mərkəzi Bank 
Kodu: 501004
VÖEN: 9900071001
M/H: AZ74 NABZ 01451700000000001944
S.W.İ.F.T: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - müvafiq sahədə son üç ildə həyata keçirdiyi layihələr haqqında müfəssəl məlumat. - iddiaçının təklif olunan əməliyyat sistemləri və ya standart proqram təminatı üzrə sertifikatlı mütəxəssislərinin olmasını təsdiq edən sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-06-12 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-06-27 18:00qədər Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 (AZ1025) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-06-28 15:00 tarixində Əmanətlərin Sığortalanması Fondu, AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259