TENDER

Əmanətlərin Sığortalanması Fondu avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemi yaradır - TENDER
03 MAY
129

Əmanətlərin Sığortalanması Fondu avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemi yaradır - TENDER

2018-05-03 09:36:00

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) mərkəzləşdirilmiş informasiya sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulmasına dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının satın alınmasına dair açıq tender elan edir.

İddiaçılar tenderdə iştirak haqqı kimi Əmanətlərin Sığortalanması Fondunun aşağıda qeyd olunan hesabına 300 manat vəsaitin köçürdüyü barədə bank arayışını  təqdim edərək Əsas şərtlər toplusunu əldə edə bilər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçı müvafiq sənədləri tender təklifi və bank təminatı istisna olmaqla 12 İyun 2018-ci il 18:00 tarixinə qədər, tender təklifini və bank təminatını isə 27 İyun 2018-ci il saat 18:00 tarixinə qədər möhürlənmiş, imzalanmış, ikiqat zərfdə Əmanətlərin Sığortalanması Fonduna təqdim etməlidirlər.

İddiaçıların tender təklifləri 28 İyun tarixində saat 15:00-da Azərbaycan Respublikası Əmanətlərin Sığortalanmsı Fondunun inzibati binasında açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273