TENDER

“İnterTobacco” MMC – TENDER
02 MART
752

“İnterTobacco” MMC – TENDER

2018-03-02 10:11:00

“İnterTobacco” MMC yetişdirilmiş tütünlərin daşınması, qəbulu və emal gücünün artırılması məqsədilə 2 lot üzrə açıq tender elan edir.

Şirkətdən verilən məlumata görə, tender üzrə lotlar Balakən rayonunda yeni tütün istehsalı və emalı məntəqəsinin tikilməsi satınalınması, eləcə də  Qax və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulmuş tutumu 9 tonluq 60 ədəd tütün qurutma kameraları üçün bünövrə-platformalarının və talvarların tikintisi işlərinin aparılmasının satınalınması ilə bağlıdır.

Tenderdə hər lot üçün iştirak haqqı 100 (bir yüz) manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri aprelin 16-na qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə aprelin 24-nə qədər Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 nömrəli ünvana təqdim etməlidirlər.

İddiaçıların təklifləri aprelin 25-də qeyd olunan ünvanda açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256