TENDER

Tovuz İcra Hakimiyyəti - Tender
08 FEVRAL
358

Tovuz İcra Hakimiyyəti - Tender

2018-02-08 17:05:00

Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2018-ci il üçün açıq tender elan edir.

Lot-1. Şəhər ərazisində abadlıq işlərinin aparılmasının və yaşıllıqların salınmasının satınalınması.

Lot-2. Şəhər ərazisində işıqlandırma işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 80 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz şəhəri, Şəhriyar küçəsi, 3 nömrəli ünvandan (əlaqələndirici şəxs: Əsgərov Vəfalı Cəfər oğlu, tel: 5-45-61) ala bilərlər.

Təşkilat: Tovuz Şəhəri İƏD üzrə Nümayəndəliyi

Tovuz YXO

Hesab: 32051019448200201182

VÖEN: 7300102661

Bank: “Kapital Bank”ın Tovuz filialı

Kod: 200822

VÖEN: 9900003611

Müxbir hesab: 50371550

SWİFT BİK AIIB AZ 2X

İştirak haqqı heç bir halda geri ­qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Görülən işlər təqdim olunmuş cədvələ əsasən yerinə yetirilməlidir. Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 27 fevral 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 mart 2018-ci il saat 17.00-a qədər Tovuz Şəhər İƏD üzrə Nümayəndəliyinə (ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi, 3) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 9 mart 2018-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.



Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254