TENDER

Şəki Şəhər İcra Hakimiyyəti - TENDER
08 FEVRAL
143

Şəki Şəhər İcra Hakimiyyəti - TENDER

2018-02-08 16:33:00

Şəki Şəhər İcra Hakimiyyəti 2018-ci ildə şəhərdə aparılacaq abadlıq işləri, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması üçün açıq tender elan edir.

Tender 3 lot üzrə keçirilir.

Lot – 1. Abadlıq işlərinin satınalınması.

Lot – 2. Yolların əsaslı təmirinin satınalınması.

Lot – 3.Mənzil fondunun əsaslı təmirinin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu 2018-ci il fevralın 26-dan tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanır.

Təşkilat: Şəki Y.X.O

Hh: AZ03AIIB32051019447000201170

VÖEN: 3000104011

VÖEN: 3000072051-İcra Hakimiyyəti

Bank: “Kapital Bank”ın Şəki filialı

Kod: 200703

VÖEN: 9900003611

Mh: AZ37NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK-AIIBAZ2x

İştirak haqqı heç bir halda geri ­qaytarılmır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən sərfəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəsinə, maliyyə və texniki imkanlarına.

İddiaçılar tenderdə iştirak etmək üçün 12 mart 2018-ci il saat 17.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 27 mart 2018-ci il saat 17.00-a qədər ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə təqdim edilməlidir.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların tender zərfləri 28 mart 2018-ci il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci otaq) açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender haqqında məlumatları aşağıdakı ünvandan almaq olar:

Şəki Şəhər İcra Hakimiyyətinin tender komissiyası. (Şəki şəhəri, 20 Yanvar küçəsi, 8) əlaqələndirici şəxs: Alxasov Taleh Saleh oğlu, əlaqə telefonu: 02424-4-28-70.

Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300