TENDER

Ağcabədi Rayon İcra hakimiyyəti - TENDER
08 FEVRAL
252

Ağcabədi Rayon İcra hakimiyyəti - TENDER

2018-02-08 16:13:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2018-ci ildə Ağcabədi şəhəri ərazisində yolların təmirinin və abadlıq işlərinin satınalınması ilə əlaqədar açıq tender elan edir.

Tender 2 lot üzrə keçirilir.

Lot-1 Ağcabədi şəhəri ərazisində yolların təmirinin satınalınması.

Lot-2 Ağcabədi şəhəri ərazisində abadlıq işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi,analoji işlərdə təcrübəsi,maliyyə vəziyyəti (qiymətləndirmə bal sistemi ilə həyata keçiriləcəkdir).

Müqaviləni yerinə yetirmək üçün satınalma prosedurunun iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər göstərilən hər lot üçün 120 manat məbləğdə iştirak haqqını Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi.

VÖEN:3400109921

H/h:AZ86CTRE00000000000002515432 Fond, 7y

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h:AZ41NABZ01360100000000003944 SWİFT BİK CTREAZ22

H/h:AZ41NABZ01360100000000003944

Tender proseduru ilə maraqlananlar məlumat almaq üçün əlaqələndirici şəxs:A.Həsənova müraciət edə bilərlər. Tel:02127-5-02-24,ünvan:Ağcabədi şəhəri, F.Əlizadə küçəsi,19. Maraqlananlar əsas şərtlər toplusunu yuxarıda göstərilmiş ünvandan ala bilərlər.

Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tender sorğusu prosedurunda iştirak etmək üçün yazılı müraciət;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-analoji işlərdə təcrübəsi,iddiaçının potensial texniki və kadr imkanları

haqqında rəsmi məlumat;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifinin 2 faizi həcmində bank zəmanəti zərflər açılan tarixdən ən azı

60 bank günü qüvvədə olmalıdır;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının tender təklifləri Azərbaycan dilində olmalıdır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 mart 2018- ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 30 mart 2018-ci il saat 17.00- a qədər (ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 19) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri Ağcabədi şəhəri, F. Əlizadə küçəsi 19 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon İcra Hakimiyətinin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 2 aprel 2018- ci il saat 15.00 -da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273