TENDER

Xüsusi geyim formalarının satınalınması – TENDER
10 YANVAR
282

Xüsusi geyim formalarının satınalınması – TENDER

2018-01-10 10:13:00
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası 2018-ci il üçün AÇIQ TENDER ELAN EDİR
Tender 4 lot üzrə keçirilir.
Lot - 1. Lisenziya və şəhadətnamələrin hazırlanmasının satınalınması.
Lot - 2. Sertifikat və qeydiyyat kitabçalarının hazırlanmasının satınalınması.
Lot – 3. Xüsusi geyim formalarının satınalınması.
Lot – 4. İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlərin (proqram təminatları) satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmış, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 2B nömrəli ünvandan (əlaqələndirici şəxs: Etibar Bağırovdan, tel: 497-44-05 (daxili 108)) ala bilərlər. Tenderdə iştirak haqqı hər lot üçün 50 (əlli) manatdır. Təşkilat: Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası AZ-1003. Bakı, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 2B, tel: 497-44-05. H/h: AZ63CTRE00000000000004428201 VÖEN: 1400872751 ABB Nəsimi filialı Kod: 805614 VÖEN: 9900001881 M/h: AZ03NABZO1350100000000002944 S.W.I.F.T. IBAZAZ 2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderdə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 12 fevral 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20 fevral 2018-ci il saat 17.00-a qədər təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 21 fevral 2018-ci il saat 10.00-da Dövlət Dəniz Administrasiyasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256