TENDER

Sementin satınalınması - TENDER
25 DEKABR 2017
201

Sementin satınalınması - TENDER

2017-12-25 11:32:00
Zaqatala Suvarma Sistemləri İdarəsi 2018-ci il üçün sementin, tikinti materiallarının, maşın və mexanizmlərə ehtiyat hissələrinin satınalınması məqsədilə A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 3 lot üzrə keçirilir.
Lot -1. Sementin satınalınması.
Lot-2. Tikinti materiallarının satınalınması.
Lot -3. Maşın və mexanizmlərə ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Zaqatala şəhəri, F.Əmirov küçəsi, 46 nömrəli ünvandan (əlaqələndirici şəxs--S.Alqayev, telefon: -02422-4- 00-49) ala bilərlər.
Təşkilat: Zaqatala SSİ Hesab: AZ 41 NABZ 01360100000000003944 VÖEN: 5100135161 D X A Kod: 210005 VÖEN: 90000000001S.W.İ.F.T.BİK -AIIBAZ2x İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 30 yanvar 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 7 fevral 2018-ci il saat 18.00-a qədər Zaqatala şəhəri, F.Əmirov küçəsi, 46 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 8 fevral 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
Tender komissiya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254