TENDER

“Azərikard” MMC – TENDER
22 DEKABR 2017
305

“Azərikard” MMC – TENDER

2017-12-22 15:46:00
“Azərikard” MMC A Ç I Q T E N D E R E L A N E D İ R 
Tender 3 lot üzrə keçirilir.
Lot -1. “Sophos UTM9” proqram təminatı üçün yeni lisenziyanın satınalınması,
Lot -2. “Bitdefender GravityZone Security for Exchange” və “Bitdefender GravityZone Security for Endpoints” proqram təminatları üçün yeni lisenziyaların satınalınması, Lot -3. “Linux” proqram təminatı üçün 1 illik zəmanətin satınalınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
İştirak haqqı-lot-1 50 manat , lot -2 150 manat və lot-3 30 manatdır. 
VÖEN:1400318341 Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC Müştəri Xidməti Departamenti Kod:805250 M/h:AZ03NA BZ01350100000000002944 VOEN: 9900001881 SWIFT:IBAZAZ2X H/h: AZ79IBAZ40060019449311555120 AZN İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti, 54 nömrəli ünvandan (əlaqələndirici şəxs: hüquqşünas Sevər Umarovadan (012 505 21 51 (8057) və təhlükəsizlik departamentinin direktoru Rüstəm Rüstəmlidən (012 505 21 51 (8080)) əldə edə bilərlər. 
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (7 fevral 2018-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 29 mart 2018-ci il tarixədək) qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 11 may 2018-ci il tarixədək qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- digər sənədlər. Sənədlər Azərbaycan dilində, 1 nüsxədə (əsli) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 yanvar 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 fevral 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti, 54 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 7 fevral 2018-ci il saat 11.00-da Bakı şəhəri, Bülbül prospekti, 54 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255