TENDER

Elektrik avadanlıqlarının satınalınması - TENDER
12 DEKABR 2017
174

Elektrik avadanlıqlarının satınalınması - TENDER

2017-12-12 12:43:00
Zərdab Suvarma Sistemləri İdarəsi 2018-ci il üçün AÇIQ TENDER ELAN EDİR
Tender 3 lot üzrə keçirilir:
Lot – 1. Cari təmir işlərinin görülməsi üçün mal-material, mexaniki və elektrik avadanlıqlarının satınalınması.
Lot – 2. Maşın-mexanizmlərin (ekskovatorların, buldozerlərin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin) satınalınması.
Lot – 3. Əsaslı təmir işlərinin görülməsi üçün mal-material, nasos və elektrik avadanlıqlarının satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Zərdab Suvarma Sistemləri İdarəsindən (Zərdab rayonu, Ucar - Zərdab şosesi, 41), əlaqələndirici şəxs: Hüseynov Mayıl Ərziman oğlu, telefon: (0135) 6-52-07 ala bilərlər. Təşkilat: Zərdab SSİ YXO Hesab: 32051019444600201146 VÖEN: 5300060531 Bank: “Kapital Bank”ın Zərdab filialı Kod: 200468 VÖEN: 9900003611 Müxbir hesab: 4628010000 S.W.İ.F.T.BİK AIIBAZ2x İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; – iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 yanvar 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 25 yanvar 2018-ci il saat 18.00-a qədər, Zərdab Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 26 yanvar 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302