TENDER

Maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması – TENDER
12 DEKABR 2017
265

Maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması – TENDER

2017-12-12 12:27:00
Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi 2018-ci il üçün AÇIQ TENDER ELAN EDİR
Lot-1. Maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması.
Lot-2. Cari təmir işlərinin yerinə yetirilməsi üçün tikinti materiallarının, müxtəlif diametrli metal və plastik boruların satınalınması.
Lot-3. Əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün tikinti materiallarının, müxtəlif diametrli metal və plastik boruların satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 30 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binəqədi-Xırdalan şosesi, 3 nömrəli ünvanda yerləşən Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsindən (əlaqələndirici şəxs: F.Gözəlov, telefon: 012-341-95-95) ala bilərlər.
Təşkilat: Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi VÖEN: 3100188551 Hesab: AZ 88 CTRE 00000000000002356801 DXA VÖEN: 3100188551 Kod:210005 Təsnifat kodu:142340 Fond 7 Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944 S.W.İ.F.T. CTRE AZ 22 İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağı- dakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında”Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 yanvar 2018- ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 25 yanvar 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Binəqədi-Xırdalan şosesi, 3 nömrəli ünvanda yerləşən Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 26 yanvar 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251