TENDER

Kimyəvi reagent və avadanlıqların satınalınması - TENDER
08 DEKABR
104

Kimyəvi reagent və avadanlıqların satınalınması - TENDER

2017-12-08 12:23:00
“Azərsu” ASC kimyəvi reagent və avadanlıqların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs: Hikmət Qasımovdan 431 47 67/2249) ala bilərlər.
İştirak haqqı 300 manatdır. Təşkilat: “Azərsu” ASC VÖEN: 9900001751 Bank: “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı Kod: 200112 VÖEN: 9900003611 M/h: AZ37NABZ 0135010000000001944 S.W. İ. F. T. BIK: AİİBAZ2X H/h : AZ65AİİB 33070019441100216111 İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 yanvar 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 25 yanvar 2018-ci il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 26 yanvar 2018-ci il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289