TENDER

Mexaniki və elektrik avadanlıqlarının satınalınması
07 DEKABR
156

Mexaniki və elektrik avadanlıqlarının satınalınması

2017-12-07 12:13:00
Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi 2018-ci il üçün AÇIQ TENDER ELAN EDİR
Lot-1. Mexaniki və elektrik avadanlıqları- nın satınalınması.
Lot-2. Tikinti materiallarının satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs: Y.Səfərov, telefon: 22-22-6-84) ala bilərlər.
Alan bank: Dövlət Xəzinədarlığı Agentliyi Kod: 210005 VÖEN: 1401555071 Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944 SWİFT BİK: CTREAZ-22 Alan təşkilat:Beyləqan SQİİ Baş Dövlət Xəzinədarlığı H/H: 2354102VÖEN:3900214101 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldı- ğı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 12 yanvar 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 22 yanvar 2018-ci il saat 18.00-a qədər Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 23 yanvar 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287